ABŞ İrana dəstək verən təşkilat və şəxslərə qarşı sanksiyalar tətbiq edib Dünya

ABŞ İrana dəstək verən təşkilat və şəxslərə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi cümə axşamı İraq, Livan və Birləşmiş Ərəb Əmirliklərində yerləşən fiziki şəxslər və şirkətlərə qarşı İran və Tehran tərəfindən dəstəklənən təşkilatlarla ehtimal olunan əlaqələrinə görə sanksiyalar tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, idarənin bəyanatında deyilir: "Bu gün "İqtisadi kənarlaşdırılma" əməliyyatı çərçivəsində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrandakı rejimə öz terrorçu vasitəçiləri vasitəsilə Yaxın Şərqdə xaos yaratmağa imkan verən şəbəkələrə qarşı tədbirlər görüb. Bugünkü aksiya "Kətaib Hizbullah" və "Hizbullah"ı dəstəkləyən təşkilatları və özəl şəxsləri hədəf alır".

Sanksiya siyahısına 13 nəfər, o cümlədən "Kətaib Hizbullah" qruplaşması ilə əlaqəli İraq və "Hizbullah" ilə əlaqəli Livan vətəndaşları daxil edilib.

Sanksiyaya məruz qalanlar arasında "Kətaib Hizbullah"ın dörd komandiri və üzvü var.

Eyni zamanda beş şirkət və maliyyə institutu da sanksiyalar siyahısına salınıb.

Məryəm Quliyeva