Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb İqtisadiyyat

Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 1,48% azalaraq 4 342 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 2,12% azalaraq 63,55 dollar təşkil edib.