Sentyabrda atəşkəs rejimi 103 dəfə pozulub Hadisə

Sentyabrda atəşkəs rejimi 103 dəfə pozulub

Bu ilin sentyabr ayında Ermənistan Ordusunun bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 103 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.
Ötən ay cəbhədə ən çox atəşkəs pozuntusu Ağdam rayonu istiqamətində qeydə alınıb. Qeyd olunan istiqamətdə 39 dəfə atəşkəsin pozulması baş verib.
Sentyabrda Qarabağ cəbhəsi üzrə - Goranboy rayonu istiqamətində 16, Xocavənd rayonu istiqamətində 16, Füzuli rayonu istiqamətində 12, Tərtər rayonu istiqamətində 7, Cəbrayıl rayonu istiqamətində 6, Göygöl rayonu istiqamətində 1 dəfə atəşkəs pozulması faktı qeydə alınıb.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə Tovuz istiqamətində 4, Qazax rayonu istiqamətində 2 dəfə atəşkəs pozuntusu faktı baş verib.