Azərbaycan İtaliyaya nota verib Hadisə

Azərbaycan İtaliyaya nota verib

İtaliyada keçirilən beynəlxalq turizm sərgisinin son günü Qarabağdakı separatçı rejimin orda təmsil olunması cəhdi ilə bağlı İtaliya XİN-ə nota təqdim olunub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, daha əvvəl Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkənin XİN-ni və sərgi təşkilatçısı olan şirkətlərə müvafiq müraciətlər göndərib və separatçı rejimin orda iştirakının qarşısı alınıb.
"Amma sərginin sonuncu günü, oktyabrın 11-də Ermənistana aid olan pavilyonda müxtəlif əşyalar təqdim olunaraq, bunu Dağlıq Qarabağın sərgidə iştirakı kimi təqdim etməyə cəhd göstəriblər. Tədbirin son günü, təbii ki, ora gələnlərin sayı azalır, tədbirə əvvəlki maraq qalmır. Ermənilər də bundan istifadə etməyə çalışıblar".
H.Hacıyev bildirib ki, İtaliya XİN-ə bununla bağlı nota təqdim olunub və Azərbaycan XİN bu istiqamətdə müvafiq addımlar atacaq, İtaliyanın rəsmi orqanları ilə işi davam etdirəcək.