25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
2 İyul 2020 13:49
2 849
İnsanların COVİD-19-un əlamətlərini müşahidə edən kimi test analizi vermədən, həkim nəzarəti olmadan özlərini müalicə etməsi yolverilməzdir.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, müalicənin aparılması üçün həkim xəstəyə baxış keçirməlidir. Bundan sonra xəstəyə müalicəni həkim təyin etməlidir:
"İnsanların hansı dərmanların istifadə etməsini həkim müəyyən etməlidir. Ola bilər ki, kimsə xəstəliyin bir əlamətini özündə müşahidə edən kimi özbaşına dərman qəbul edərək "mən artıq yaxşıyam, həkimə getmirəm" deyə bilər. Amma bu hal, ümumiyyətlə, xəstənin özünün evdə özbşına müalicəsi yolverilməzdir".
C.İsayev bir çox insanların özlərini COVİD-19-la mübarizəyə hazırlamaq üçün arbidol dərmanından istifadə etməsini də yolverilməz sayıb:
"Arbidol COVİD-19 virusuna çox zəif təsir göstərir. İnsanlar bütün hallarda orqanizmlərini virusa hazırlamaq istəyirlərsə, bunu dərmanla deyil, düzgün qidalanma ilə etməlidirlər. Özünü virusdan qorumağa hazırlayan insan yaxşı, vitaminli qidalar qəbul etməli, yaxşı yatmalı, stressdən uzaq olmalı, zərərli vərdişlərini tərgitməlidir. Bütün bunlar immunitetin güclənməsinə səbəb olan faktorlardır. Sağlam qidalanma, sağlam yuxu, zərərli vərdişlərin tərgidilməsi orqanizmin təbii şəkildə güclənməsinə səbəb olur".
26 İyul 10:06
1 022
25 İyul 17:19
1 197
25 İyul 14:23
1 260