İran-ABŞ danışıqlarının ikinci mərhələsinin gələn həftə keçirilməsi gözlənilir
İsveç Ukrayna üçün ABŞ silahlarının alınmasına 100 milyon dollar ayırıb
Paşinyan Samvel Karaperyanın Baş nazir postuna namizəd olmasına münasibət bildirib
“Bu, ölkənin siyasi tarixində ciddi dönüş nöqtəsi ola bilər”
KİV: Avropa ölkələri ABŞ-dan asılı olmayan öz nüvə çəkindiriciliyini qurma imkanlarını müzakirə edir
3 Avqust 2020 20:22
3 759
Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirus infeksiyasının artmasına səbəb ola bilər.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: “Lakin nəzərə almaq lazımdır ki, toy mərasimləri zamanı 100-200 və daha çox insanın qapalı məkanda bir araya gəlməsi və yaxın təmasda olması virusun yayılmasına səbəb ola bilər. Digər ölkələrdə yumşalmalardan sonra virusun yenidən alovlanması baş verir. Ona görə də biz təmkinli olmalı və əldə olunmuş nailiyyətləri davam etdirməliyik”.