Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı
Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir
Enerjidən nəqliyyata, təhsildən mənzil təsərrüfatına: Naxçıvanın inkişafında yeni mərhələ - TƏHLİL
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
17:44
315.jpg)
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, magistraturaya qəbul olunan bakalavrların qeydiyyat prosesi 13 avqust saat 18:00-dək davam edəcək.
"Magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.
Bakalavrlar qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər", - məlumatda vurğulanıb.