Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
12 Avqust 2020 09:47
2 926
12 avqust tarixində 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2130 ədəd avtobus xətlərə çıxarılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu, indiyə qədər qeydə alınan rekord göstəricidir.
“Məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır.
Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər.
Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və qol nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımaların təşkilinə mənfi təsir edir”, - deyə məlumatda bildirilib.
25 Sentyabr 18:21
1 225
25 Sentyabr 17:17
966
25 Sentyabr 17:16
931