
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
Şəki rayonunun təsərrüfatlarında payızlıq bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 22 min hektaradək sahədə yay şumu qaldırılıb. Səpin aparılacaq sahələrin şumlanmasına 130-dək şum traktoru cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, cari mövsümdə şəkili fermerlər 65 min 471,7 hektar taxıl sahəsindən 198 min 718 ton məhsul götürüblər. Hər hektara görə orta məhsuldarlıq 30,3 sentner təşkil edib.