“Yeni ticarət reallıqları strateji addımlar tələb edir”
15 İyun 19:17
15 İyun 19:17
15 İyun 16:14
3 Sentyabr 2020 11:34
2 338.png)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.
İdarədən verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 374 şagird müvəffəq olub.
Onlardan 171 nəfər Texniki-Humanitar Lisey, 42 nəfər 2 nömrəli Texniki-Humanitar Lisey, 74 nəfər 147 nömrəli Texniki-Humanitar Lisey, 87 nəfər isə 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul olub.
Qeyd edək ki, şagirdlərin nəticələri valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.
Həmçinin müsabiqənin nəticələri barədə məlumatı valideynlər müraciət etdikləri təhsil müəssisələrindən də əldə edə bilərlər.