13 İyun 10:19
11:09
896
İsrail ordusunun irəliləməsi fonunda Livanın cənubunda yaşayış məntəqələri artilleriya atəşinə tutulub.
Livan mediasının məlumatına görə, İsrail ordusunun bölgədə irəliləməsi fonunda ölkənin cənubundakı Məcdəl Zun və Əl-Mənsuri qəsəbələri artilleriya atəşinə məruz qalıb.
Livanın Milli Xəbər Agentliyi bildirib ki, "Məcdəl Zun və Əl-Mənsuri qəsəbələrinin ətraf əraziləri fasilələrlə artilleriya atəşinə tutulub".
IDF Livanda Hizbullaha qarşı həyata keçirilmiş son hava zərbələrinin görüntülərini yayımlayıb. Bildirilib ki, həmin zərbələrin bir qismi Məcdəl Zun ərazisində endirilib.
Hizbullah-ın yaydığı bəyanatda İsrail qüvvələrinin Məcdəl Zuna doğru irəliləyişinin qarşısını aldığını iddia edib. Təşkilatın məlumatına görə, silahlıları bölgədə İsrail hərbçilərinə pusqu qurublar.