Ekspert: Qürurla demək olar ki, məktəblərin əksəriyyətinin binası ya yenidir, ya da əsaslı təmir edilib Hadisə

Ekspert: Qürurla demək olar ki, məktəblərin əksəriyyətinin binası ya yenidir, ya da əsaslı təmir edilib

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsində atdıqları addımlar, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə təhsil müəssisələrinin tikilməsi, təmiri, bərpası və quruculuq işləri davamlı xarakter daşıyır.

Bunu təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, 2005-2014-cü illər ərzində “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunub və yenidən qurulub, “Təhsilə dəstək” layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib.

Ekspert qeyd edib ki, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir. 2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək ki, onların da 60-ı modul tipli məktəbdir:

"Artıq onu qürürla qeyd etmək olar ki, respublikada olan 4500-ə yaxın orta məktəb və 50-ə yaxın ali məktəbin əksəriyyətinin binası ya yenidir, ya da əsaslı təmir edilib. Şagirdləri az olan bölgələrdə modul tipli məktəblər tikilməklə, çeviklik və əhatəliliyə daha yaşı nail olunub. Elə bir həftə ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən üç təhsil müəssisəsinin açılışının olması - UNEC-in 3 saylı tədris korpusunun və ADA-nın iki yeni tədris binasının, eyni zamanda 251 nömrəli tam orta məktəbin təmirdən sonra açılması Azərbaycanda təhsilə verilən qiymətin bariz göstəricisidir".