Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
24 Sentyabr 2020 09:55
2 464
Azərbaycanda enerji itksinin azalmasının uçot sisteminin təkmilləşməsi və faydalı elektrik enerjisinin toplanmasının səmərəli təşkili məqsədilə “ağıllı sayğac”ların quraşdırılması prosesi davam edir. 2021-ci ildə 200 min birfazalı və 6 min üçfazalı sayğacın quraşdırılması planlaşdırılır.
Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
Onun sözlərinə görə, “Smart Country” konsepsiyası çərçivəsində “Azərişıq” ASC 2020-ci ilin birinci yarısında “Smart Grid” layihəsinin genişləndirilməsi və təkmilləşdirilməsini davam etdirib:
“Beləliklə, 5 avtomat idarəetmə mərkəzinin idarəsi və bütün ölkə üzrə vahid sistem üzərindən idarəetmə üçün İntellektual Şəbəkələrin Ümumi İdarəetmə Mərkəzi işə salınıb. Burada SCADA, SMS və “Smart Meters” sistemləri inteqrasiya olunub. Ölkədə ilk dəfə Şirvanda “Smart Networks”un əsas elementlərindən biri, mobil 3D-kartoqrafiya sistemi tətbiq edilib. Hazırda bu sistemin digər sahələrdə də tətbiqi uğurla davam edir. Vurğulmaq istərdim ki, “Smart Networks” layihəsi qısa müddət ərzində “Smart Grid” müasir təlim mərkəzinin yaradılmasını və bu sahədə gənc kadrların təkmilləşməsini nəzərdə tutur”.
Qeyd olunub ki, hazırda “Azərişıq” ASC-nin 10 yaşayış məntəqəsində həyata keçirdiyi elektrifikasiya və rekonstruksiya işləri başa çatıb. Hazırda rekonstruksiya işləri 42 yaşayış məntəqəsində davam edir. “Azərişıq” ASC-nin gördüyü işlər nəticəsində 2015-ci ildə eletrik enerjisinin texniki itkiləri 13,9 faiz, 2016-cı ildə 10 faiz, 2017-ci ildə 9,78 faiz, 2019-cu ildə isə 9,7 faiz təşkil edib. 2020-ci ildə bu göstəricinin 8,9 faiz səviyyəsində proqnozlaşdırılır.
25 Sentyabr 18:21
1 078
25 Sentyabr 17:17
798
25 Sentyabr 17:16
756