Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Körfəz ölkələri və İran Omanda Hörmüzlə bağlı sövdələşməni müzakirə edəcəklər
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
25 Sentyabr 2020 17:34
3 703
Bu gün xarici turistlər olmadığından Bakıdakı hotellərdə doluluq səviyyəsi aşağıdır, bu səbəbdən hətta bir sıra hotellər fəaliyyət göstərmirlər.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, həftə sonlarında insanlar daha çox ölkənin regionlarında fəaliyyət göstərən turizm obyektlərinə gedirlər: “Təbii ki, insanların daha çox getdiyi turizm obyektlərində pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı uyğunsuzluqlar daha çox olur. Ona görə də ümumilikdə demək olmaz ki, regionlardakı hotellərdə bu uyğunsuzluqlar daha çoxdur. Vətəndaş sıxlığının yaranması, tibbi maskalardan istifadə edilmə regionlar üçün daha xarakterikdir”.
E.Mikayılov qeyd edib ki, hotellərin çoxunda artıq təkrar monitorinqlər keçirilib. Təkrar həyata keçirilən bu monitorinqlər hesabına böyük turizm obyektlərinin əksəriyyəti ümumi vacib tələbləri yerinə yetirirlər.