Dubay hava limanlarına 17 ballistik raket zərbəsi endirilib Dünya

Dubay hava limanlarına 17 ballistik raket zərbəsi endirilib

Yaxın Şərqdəki münaqişə zamanı Dubay hava limanları 17 ballistik raket zərbəsinə məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hava limanlarının operatoru olan "Dubai Airports" şirkətinin icraçı direktoru Pol Qriffits bəyan edib.

"Khaleej Times" qəzetinin sitat gətirdiyi məlumatlara görə, raket hücumları ilə yanaşı, hava limanlarında 111 dəfə həyəcan siqnalı səslənib. O əlavə edib ki, insidentlər nəticəsində həlak olan olmayıb. Onun sözlərinə görə, "çox az sayda yaralanan" olub və onların hamısı artıq tamamilə sağalıblar.

Məryəm Quliyeva