9 Sentyabr 23:45
9 Sentyabr 23:12
18:07
189
London polisi İran kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sky News" müvafiq bəyanata istinadən məlumat yayıb.
Qeyd olunur ki, 42 yaşlı qadın və 60 yaşlı kişi Milli Təhlükəsizlik Haqqında Qanunun ehtimal olunan pozuntularının təhqiqatı çərçivəsində Londonun antiterror bölməsinin əməkdaşları tərəfindən Londondakı yaşayış ünvanlarında saxlanılıblar.
Hər iki şəxs xarici kəşfiyyat xidmətinə kömək etmək şübhəsi ilə saxlanılıb. Şübhəlilər London polis bölməsinə gətirilib, daha sonra isə oktyabrın sonunadək zəmanətlə azadlığa buraxılıblar.
Polis vurğulayıb ki, aparılan təhqiqat bu ilin əvvəlində London üzrə yəhudi və İran icmaları ilə bağlı müxtəlif obyektlərə və binalara edilən insidentlər və ya hücumların heç biri ilə əlaqəli deyil.
Məryəm Quliyeva