Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
30 Sentyabr 2020 17:58
1 736
“Gündəlik 19-20 şagirddə koronavirusun aşkarlanması çox aşağı göstəricidir. Hazırda olan vəziyyət çox mürəkkəbdir. Hazırkı situasiyada təşviş yaratmamağı xahiş edirəm”.
Bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, müəllimlər arasında məktəbdaxili yoluxma riski çoxdur.
“Quba məktəbində də bu hal baş verdi. Təəssüf ki, koronavirusa yoluxan valideynlər övladlarını məktəbə göndərir. Əgər ailədə koronavirusa yoluxma aşkarlanıbsa, uşaqlar niyə məktəbə göndərilir? Xahiş edirəm ki, belə hal olmasın. Çünki şagirddə koronavirusa yoluxma təsdiqlənəndə bütün sinif 14 günlük əyani dərsdən kənarda qalır”, - deyə nazir vurğulayıb.