QHT Şurası “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqinə başlayır Hadisə

QHT Şurası “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqinə başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gün Gəncə şəhərində "Vətəndaş iştirakçılığı: qanunvericilik və onun tətbiqi məsələləri" adlı Milli Konfrans keçirəcək.
Tədbir ABŞ və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə USAİD-in birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.
Toplantının məqsədi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "İctimai iştirakçılıq haqqında" qanunun tətbiqi ilə bağlı 22 noyabr 2013-cü ildə imzaladığı fərmandan irəli gələn məsələləri regionun dövlət, yerli özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti inistitutlarının nümayəndələri ilə müzakirə etməkdir. Konfrans ictimai iştirakçılığın tətbiqi ilə bağlı keçirilən ilk mühüm tədbirdir.
Konfransda Gəncə ilə yanaşı Gədəbəy, Şəmkir, Goranboy, Samux, Göygöl, Ağstafa, Tovuz, Qazax və Daşkəsən rayonlarının təmsilçiləri də iştirak edəcək.