Qənirə Paşayeva hökumətə səsləndi Hadisə

Qənirə Paşayeva hökumətə səsləndi

"Şəhid ailələrinə və əlillərə ayrılan sığortanın ödənilməsi məsələsi həll olunmalıdır"
"Şəhid ailələrinə və əlillərə ayrılan sığortanın ödənilməsi məsələsinin həll olunmasını xahiş edirəm. Çünki, bu məsələnin həll olunmaması narazılıq yaradır".
Bunu Milli Məclisin deputatı Qənirə Paşayeva, parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Qənirə Paşayevanın sözlərinə görə, onlar bununla bağlı ciddi iradlar söyləyirlər: "Onlar deyirlər ki, necə olur, atəşkəs dövründə şəhid olanların ailələri bunu ala bilir, amma müharibə dövründə həlak olanlar yox?"
Millət vəkili həmçinin təhsil və məktəb tikintisinə də toxunub. O, bildirib ki, hökumət belə məsələlərdə əhali sayına da fikir verməli və daha çox sakini olan rayonlara diqqəti artırmalıdır: "Əhalinin sayı və təhsilin səviyyəsi yüksək olanlar, həmçinin məktəblərin durumu nəzərə alınmalıdır".
Tovuzun bu cür problemləri olan bir neçə kəndin adını çəkən deputat, hökuməti həmin kəndlərdə məktəb tikintisinə çağırıb və cəbhəyanı kəndlərdəki məktəblərə də xüsusi önəm verilməsini istəyib.