"Trampın Putinə ümumi isti münasibətinin dəyişəcəyi inandırıcı deyil"
Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil
"Türk dövlətləri arasında ali təhsil, elm sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir"
Biləsuvarda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb
21 İyul 10:49
3 213
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) radikal HƏMAS hərəkatının "Qəzza" şəhər briqadasının əməliyyat şöbəsinin rəisi, 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücumda və girovların saxlanılmasında iştirak etmiş şəxsi ləğv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
"İsrail Müdafiə Qüvvələri HƏMAS-ın "Qəzza" briqadasının əməliyyat şöbəsinin rəisi Adam İbrahim Şaaban Nəsmanı ləğv edib. O, 7 oktyabrda bu briqadanın terrorçularının İsrailə sızmasına rəhbərlik edib və girovları saxlayıb", — deyə bəyanatda bildirilir. Mətbuat xidmətindən qeyd olunub ki, Nəsman Qəzza şəhərində endirilən zərbə nəticəsində məhv edilib.
Ordu mətbuat xidmətinin məlumatına görə, ləğv edilən şəxs "HƏMAS-da bir sıra rəhbər vəzifələr tutub, o cümlədən HƏMAS-ın Qəzzadakı briqadasının kəşfiyyat zabiti və "Əl-Şati" batalyonunun komandiri olub, həmçinin "Nuxba" xüsusi təyinatlı qüvvələrinin batalyonuna komandirlik edib". Nazirlikdən əlavə edilib ki, "son aylarda Nəsman HƏMAS-ın Qəzza şəhər briqadasının terrorçularına təlim keçməyə çalışıb", həmçinin "atəşkəs razılaşmasını pozaraq HƏMAS-ın hərbi potensialını bərpa etmək cəhdləri göstərib".
Məryəm Quliyeva