Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi Hadisə

Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycan Respublikasının altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib.

Nazirlikdən verilən məlumata görə, agentliyin müraciəti qurum tərəfindən müsbət cavablandırılıb.

“ICAO”nun cari ilin dekabr ayında işıq üzü görəcək 7910/178 nömrəli sənədinin yeni nəşrində Azərbaycanın daha altı aeroportunun adı və kodu olacaq.

Qeyd edək ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrində Zabrat, Yevlax və Naftalan aeroportları ilə yanaşı, Ağdam, Füzuli və Xankəndi aerodromları da yer alacaq.

Eyni zamanda aerodromlarla bağlı informasiya Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunun yeni nəşrində əksini tapacaq.