Qalibaf Müctəba Xameneinin səhhətinin yaxşı olduğunu açıqladı
Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü keçirilir - FOTO
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir
Zahid Oruc: “Sökülən evlərə görə kompensasiya qaydaları dəqiqləşdirilməlidir”
2 Mart 2021 14:02
2 779
Azərbaycanın tətbiq etdiyi vaksin insanları koronavirusdan olan ölüm hallarından 100 faiz qoruyur.
Bunu İnfeksion xəstəliklər üzrə mütəxəssis Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, vaksin yoluxmadan 53 faiz, xəstəliyi ağır keçiməkdən isə 83 faiz qoruyur:
"Çox qısa zamanda dünyada yaradılan bu vaksin əslində çox yaxşı nəticələr verir. Vətəndaşlarımızı aktiv şəkildə peyvəndlənməyə dəvət edirəm.
Qısa bir zamanda bu problemdən yaxa qurtarmağın ən asan yolu bütün ölkə əhalsinin vaksinasiya olunmasıdır".
Xatırladaq ki, Azərbaycanda COVİD-19-a qarşı Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" peyvəndinin istifadəsinə yanvar ayının 18-dən start verilib.