Biz də yürüş keçirək... Hadisə

Biz də yürüş keçirək...

Arzu Şirinova

Yanvarın 7-də Parisdə "Charlie Hebdo" adlı satirik jurnalın reaksiyasına silahlı basqın nəticəsində 12 nəfər qətlə yetirildi, daha 11 nəfər yaralandı. Qətlə yetirilənlərin 10-u jurnalist, 2-si isə jurnalın yerləşdiyi binanı mühafizə edən polis əməkdaşları oldu. Ölənlər arasında jurnalın baş redaktoru Stefan Şarbone, nəşrdəki karikaturaların müəllifi Jan Kabu da var. Qətlə yetirilmiş polis əməkdaşlarından biri müsəlman idi. Parisdə olaylar bununla bitmədi. Sonra yəhudələrin olan supermarketinə hücum baş verdi, girovlar götürüldü, polis əməliyyat nəticəsində girovları azad elədi, qətli törədənlər öldürüldü, polis rəisi intihar elədi və s. Baş verən hadisələrlə bağlı müxtəlif versiyalar və baxışlar oldu. Kimi dedi ki, bu, 11 sentyabrda ABŞ-da törədilən terrorun davamıdır, belə olduğu halda bu terroru da Fransa özü törədib. Necə ki, vaxtilə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirmişdi. Kimi dedi terrorun arxasında İsrail durur, çünki az müddət bundan öncə Fransa Fələstinin müstəqilliyini tanıyıb, buna yəhudilər qızdığı üçün bu teraktı törədiblər. Kimi də dedi ki, bunun arxasında Rusiya dayanır. Ona görə ki, Ukrayna hadisələrindən-Kırımı işğalından-sonra Risiyaya tətbiq olunan sanksiyalar ölkə iqtisadiiyatına ciddi təsir göstərib, rus rublunun dəyəri düşüb. Rusiya da dünyanın diqqətini özündən və Krımdan yayındırmaq üçün Fransada terrorun törədilməsinə rəvac verib. Təbii ki, bütün bunlar versiyalardır. Ancaq gizli çox məsələlər var və onlardan biri də Fransa prezidentinin terror hadisəsi baş verəndən dərhal sonra hadisə yerinə gəlməsi-halbuki, dövlət başçısının belə yerlərə gəlişi yolverilməz sayılır, təhlükəsizliyi üçün qorxulu bilinir-digəri terror törədənlərin güllələnməsi və polis rəisinin intiharıdır. Burda da gizli olan odur ki, əgər Fransa ölkəsində terror hadisəsinin səbəbini öyrənmək istəyirdisə, həmin terrorçuların birinin də olsa sağ qalmasına çalışmalıydı. "Polis rəisnin intiharı isə hadisənin daha da qaranlıq olmasından xəbər verir" kimi qiymətləndirənlər var. Onların da qənaətinə görə, polis rəisi güman ki, terrorun izinə düşdüyü üçün onu aradan götürüblər, adını da intihar qoyublar. Dediyim kimi, bütün bunlar versiyalardır, nəticə isə hər kəsi düşündürməlidir - 21-ci əsrdə terror xərçəng tək şaxələnir və bunun kökünü kəsmək əvəzinə, rəvac verənlərin sayı çoxalır. Şəxsən mən terroru kəsinliklə pisləyirəm. Bunu islam və yaxud xristian dininə qulluq edənlərin törətməsindən asılı olmayaraq. Ancaq bir reallığı qəbul etmirəm. Necə olur ki, ABŞ İraqda həm də koalisiya qüvvələrinin gücündən istifadə edərək terrordan da betər hadisələrə rəvac verdi və bunun müqabilində minlərlə günahsız insanlar öldürüldü, şəhərlər xarabazarlığa çevrildi və sonra hakimiyyətdən gedən bala Buş etiraf elədi ki, İraqda atom silahının düzəldilməsinə cəhd olmayıb. Günahsız yerə ölənlərin hesabı ABŞ-dan sorulmadı. Əksinə dəstək verildi. Digər müsəlman ölkələrində-Misirdə, Livanda və bu gün də Suriyada-eyni olmasa da, buna bənzər hadisələr baş verir. Yenə də özünü demokratik sayan dövlətlər səslərini çıxarmırlar, əksinə bu viran qoyduqları müsəlman ölkələrinə demokratiya gətirmək istədiklərini hər fürsətdə bəyan edirlər. Özlərində-xristian ölkələrində-baş verənlərə isə yerbəyerdən dəstək veririlər. Elə Parisdə baş verənlərdən sonra ölkənin respublika meydanında keçirilmiş həmrəylik yürüşündə olduğu kimi.
Yəni Parisdə baş vermiş terror aksiyalarından sonra birlik və həmrəylik aksiyası keçirilib. Aksiyada dünyanın 50-dən çox ölkəsinin hökumət və dövlət rəhbərləri, diplomatik korpus nümayəndələri, həmçinin dini konfessiyaların təmsilçiləri iştirak ediblər. Polis aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb. Azərbaycanı da bu aksiyada baş nazirin müavini Əli Əhmədov təmsil edib.
Sual yaranır, eləsə biz nə üçün aksiya keçirmirik? Və bu aksiyada dünya dövlətlərinin bizim yanımızda olmasını tələb eləmirik? Çünki dəfələrlə olub ki, erməni terrorçuları Bakının mərkəzində metrolarda terror hadisəsi törədiblər və bunun nəticəsində Parisdəkindən də çox sayda insan həyatını itirib. Xocalıda ermənilərin törətdikləri terrordan da betər olub-soyqırım. Hansı dövlətlər bizi müdafiə edən bəyanat verib, ermənilərin əməllərini pisləyib? ATƏT-in Minck qrupunda həmsədr kimi təmsil olunan Fransa, Azərbaycanın 20 faiz torpaqları erməni terrorçularının və separatçılarının hələ də işğalı altındadır. Ancaq işğalçını adı ilə çağırmırsan, əksinə işğalçının və türrorçunun, separatçının yanında olmaqla terrora, separatçılığa və hər çür vəhşiliyə dəstək nümayiş etdirirsən.