Dövlət Komitəsində MƏP təmsilçiləri ilə görüş keçirilib
26 Aprel 22:24
26 Aprel 22:24
26 Aprel 20:02
Azərbaycanın vergi orqanları tərəfindən 2020-ci ildə qanunvericiliyin tələblərinə əməl etməyən vergi ödəyicilərinə ümumilikdə 27 392,8 min manat məbləğində maliyyə sanksiyaları tətbiq edilib.
"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Bundan əlavə, vergi orqanları tərəfindən 23,7 min manat inzibati cərimə tətbiq edilib. Ötən il həyata keçirilmiş operativ vergi nəzarət tədbirlərinin sayının 2019-cu illə müqayisədə 42,2% azalmasına baxmayaraq, tətbiq olunmuş maliyyə sanksiya və inzibati cərimənin məbləği 2,1 dəfə artıb.
Qeyd edək ki, başa çatan nəzarət tədbirləri üzrə maliyyə sanksiyalarının 91,3%-i mal qalığı, əmək və nəzarət kassa aparatları tədbirlərini payına düşüb.