Səfir “İncə Art” yaradıcılıq mərkəzinin təsisçisi ilə görüşüb
Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər
Hacıqabulda elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürüb
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
12 Mart 2021 14:54
2 702
Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi fərdi yaşayış evlərinin qiymətinin bahalaşmasına səbəb olacaq.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
R.Osmanlı bildirib ki, məlumatlara görə paytaxt və regionlarda təqribən 250 mindən çox fərdi yaşayış evi artıq inventarlaşdırılıb: "İnventarlaşma prosesi davam edir və nə vaxt yekunlaşacağı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı deyə bilər. Amma hesab edirəm ki, bu prosesi ilin sonuna qədər yekunlaşdırmaq mümkündür".
R.Osmanov qeyd edib ki, bu gün yarım milyondan artıq tikili faktiki olaraq bütün sərəncam hüquqlarından, digər məsələlərdən kənarda qalır, yəni onlar üzərində aparılan əməliyyatlar, o cümlədən alqı-satqı əməliyyatları faktiki olaraq qeydiyyata alınmır: "Bu baxımdan həmin evlərin rəsimləşdirilməsi qiymət artımına səbəb olacaq çünki sənədsiz evlə sənədli evin arasında qiymət fərqləri var. Sənədsiz evlər daha ucuz qiymətə satılır, ancaq o evlər sənədləşdirildikdən sonra ucuz qiymətə satılmayacaq".