

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Minalanmış sahələrin xaritəsi olmadığı üçün, minaları aşkar etmək çətindir.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Mədəd Məmmədov deyib.
O qeyd edib ki, düşmən hələ də o xəritələri Azərbaycan hökumətinə təhvil verməyib:
"Azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi ən aktual məsələlərdəndir və hökumət tərəfindən daim diqqətdə saxlanılır. Ermənistan tərəfi isə minalanmış sahələrin xəritəsini bizə təqdim etməyib. Bu səbəbdən minalanmış xətləri aşkara çıxarmaq çətindir".