Eldar İbrahimov yol polislərindən gileyləndi Hadisə

Eldar İbrahimov yol polislərindən gileyləndi

"Bəzi hallarda vətəndaşla kobud danışırlar"

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi Milli Məclisin komitə sədri Eldar İbrahimov Dövlət Yol Polisi əməkdaşlarının bəzi hallarda hazırlıqsız olmaları barədə qeydlərini dilə gətirib.
APA-nın məlumatına görə, Komitə sədri bildirib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər: "Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Onları işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir".
E. İbrahimov dövlət məmurlarının və millət vəkillərinin də qanuna tabe olmasının vacibliyini vurğulayıb: "Lakin DYP əməkdaşları da nəzakətli olmalı, qanuna uyğun davranmalıdırlar. Mən belə halların tezliklə aradan qaldırılmasını arzu edirəm".