Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır
“Milli mətbuatın inkişafı bütövlükdə cəmiyyətin tərəqqisi deməkdir”
29 Aprel 2021 11:23
2 821
Günəş istisinin birbaşa koronavirusu öldürməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir elmi əsası yoxdur.
Bunu Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
N.Abdullayev bildirib ki, koronavirus pandemiyası başlayan zaman insanlara səhv məlumat verildi və hətta elm adamları, tibb mütəxəssisləri açıqlamalar verdi ki, havalar istiləşəndə virus öləcək, yayılmayacaq və s:
“Yəni bu kimi elmi əsası olmayan fikirlər səsləndirildi. Hazırda günəş istisinin virusu öldürməsi, yayılmasının qarşısını alması ilə bağlı ciddi elmi araşdırma yoxdur ki, ona istinad olunsun və deyilsin ki, yayda günəş istisi virusu öldürür. Düzdür, müəyyən eksperimental tədqiqatlar göstərir ki, günəş istisinin yoluxma əmsalına təsir edə biləcək gücü var, amma bir daha təkrar edirəm ki, yoluxma əmsalına təsir edə biləcək gücü o demək deyil ki, virusu birbaşa öldürür".
N.Abdullayevin sözlərinə görə, ümumiyyətlə havaların istiləşməsi ilə bağlı insanların sosial aktivliyi zəifləyir və bu da yoluxma əmsalına təsir edir:
"Misal üçün insanlar düşünür ki, havanın qızmar isti olduğu saatlarda çölə çıxmayım, əsasən səhər və axşam saatlarında işlərimi həll edim. Bu da müəyyən mənada yoluxma əmsalına, azalmasına təsir edir. Amma bu o demək deyil ki, isti koronavirusu öldürür. Bu haqda elmi tədqiqatlar yoxdur. Bu baxımdan əhali isti havalarda da virusa qarşı effektiv hesab edilən qaydalara maksimum əməl etməli və indidən vaksinasiyada aktiv iştirak etməlidir”.
Twitter: @ElchinMehdiyev