Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək Hadisə

Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək

Azərbaycan Resrublikası Prezidenti İlham Əliyev Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
"AzərTAc"ın verdiyi məlumata görə, 2015-ci ilin iyul ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, rrofessor Vasif Zülfüqar oğlu Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur.
Vasif Adıgözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış şəxsiyyətlərdəndir. Bəstəkarın xalq mahnıları və muğam ənənələri zəminində dünya musiqisinin mühüm nailiyyətlərindən bəhrələnməklə ayrı-ayrı yanrlarda meydana gətirdiyi çoxsaylı əsərlər Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində özünə məxsus layiqli yer tutur.
Prezident Azərbaycan Resrublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb:
1. Azərbaycan Resrublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər rlanını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Resrublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.