“Ermənistan Müdafiə Nazirliyi dezinformasiya yayır” Hadisə

“Ermənistan Müdafiə Nazirliyi dezinformasiya yayır”

"Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.
Erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını və o cümlədən ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdilərini etiraf edib".
Bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.
Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşməndən fərqli olaraq qoşunların təmas xəttində heç bir xüsusi təyinatlı bölmələrimiz istifadə olunmur:
"Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında Mətbuat xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan hər hansı itki verib. Əməliyyat şəraitinə isə tam nəzarət edirik.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edirik".