“Avropa Oyunları zamanı...” Hadisə

“Avropa Oyunları zamanı...”

Sevinc Fətəliyeva: "...Qeyri-obyektiv fikirlərin puç olacağına bir daha şahidlik edəcəyik"

"Bu gün Azərbaycan güclü dövlətdir, beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir və mühüm layihələr reallaşdırmaqla barış və əməkdaşlıq məkanı kimi dünyaya özünü təqdim edir. Bunu isə Azərbaycan özünün müstəqil siyasi iradəsi ilə reallaşdırır". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, ölkəmizin bu xoşməramlı siyasətini dəstəkləyənlər çox olsa da, inkişafımızı istəməyən, müstəqil siyasət həyata keçirməyimizi həzm edə bilməyən xarici dairələr də var. S.Fətəliyeva əlavə edib ki, bu dairələrin başında erməni lobbisi dayanır: "Ona görə də, Azərbaycanın uğurlarına və nüfuzuna kölgə salmaq məqsədilə bu cür cəhdlər edilir".
Millət vəkili xatırladıb ki, 2012-ci ildə ölkəmizdə "Evrovision" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində də belə cəhdlər olmuşdu: "Amma o zaman bütün dünya Azərbaycanın necə güclü, sivil bir dövlət olduğunun şahidi oldu. Bu mənada hesab edirəm ki, Azərbaycan ilk Avropa Oyunları vasitəsilə özünü bütün dünyaya bir daha azad, demokratik, sivil dövlət kimi təqdim edəcək. Bu mötəbər tədbir ərəfəsində bəzi dairələr ölkəmiz haqda mənfi imic formalaşdırmağa çalışırlar. Amma düşünürəm ki, Avropa Oyunları zamanı belə qeyri-obyektiv fikirlərin puç olacağına bir daha şahidlik edəcəyik".

Əli