I Avropa Oyunları AzTV-də yayımlanacaq Hadisə

I Avropa Oyunları AzTV-də yayımlanacaq

Martın 11-də "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım sazişi imzalanıb.Daha sonra Avropa Oyunlarından əvvəl keçirilmiş sınaq yarışları haqqında videoçarx göstərilib.
Sazişə əsasən "Bakı-2015" yarışları 17 gün boyunca həm AzTV, həm də "İdman Azərbaycan" telekanallarında nümayiş olunacaq. O cümlədən, mümkün qədər çox canlı yarışlar, möhtəşəm açılış və bağlanış mərasimləri və ölkə boyunca məşəlin ötürülməsi turu nümayiş etdiriləcək.
Tədbirdə çıxış edən gənclər və idman naziri, "Bakı-2015"in baş icraçı direktoru Azad Rəhimov ilk Avropa Oyunlarının Azərbaycanın tarixində mühüm məqam olacağını söyləyib.
AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən nazir bildirib ki, bütün ölkəmizin bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləyəcəyi çox sevindirici məqamdır.