“Kadr islahatları davam edəcək” Hadisə

“Kadr islahatları davam edəcək”

Səlim Müslümov: "Sosial təminat siyasəti şöbəsinə yeni müdir təyin olunacaq"

"Rəhbərlik etdiyim nazirlikdə kadr islahatları bundan sonra da davam edəcək". APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə bütün müsabiqələrdən keçmiş Səbinə Cəfərova təyin olunacaq: "Müasir standartlara cavab verən, islahatlara uyğun gələn şəxslər müvafiq vəzifələr tutacaqlar. Cənab prezidentin verdiyi tapşırıqlar həyata keçiriləcək".