“Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” Mədəniyyət

“Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu”

15 May

UNESKO-da türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələrə dair beynəlxalq forum keçirilir

Fransanın paytaxtı Paris şəhərində türk sivilizasiyası və onun dünya mədəniyyətinə verdiyi töhfələrə həsr olunmuş beynəlxalq forum işə başlayıb.

“Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” adlı tədbir UNESKO-nun himayəsi ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilir.

UNESKO-nun mənzin-qərargahında baş tutan forumda Azərbaycanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Cavanşir Feyziyev təmsil edir.

Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.

Fransa, Qırğızıstan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Rusiya, ABŞ, Hindistan, Almaniya, Niderlanddan nüfuzlu dövlət xadimlərinin, alimlərin, tarixçi və türkoloqların qatıldığı tədbirin birinci panelində dünya tarixində mövcud olan böyük çöllərin əsrlər boyu təkamülü, ikinci paneldə türk sivilizasiyası, onun dünya mədəniyyətinə verdiyi töhfələri və sonuncu paneldə türk tarixi, yeni yanaşma və perspektivləri müzakirə olunacaq.

Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 iliyi beynəlxalq səviyyədə qeyd olunacaq.