Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
8 Avqust 2019 14:53
3 066
Ad günümü öz evimizdə ailəmlə birgə qeyd edəcəyəm. Xüsusilə kimisə dəvət etməmişəm. Kim gəlmək istəyir, xoş gəlir, buyursun gəlsin.
Bu sözləri Kult.az-a 71 yaşını qeyd edən Xalq artisti Rasim Balayev deyib.
“Səhər açılandan telefonum dayanmır. Sayını itirmişəm zəng edənlərin. Düzü ki, xüsusilə kimdənsə zəng gözləmirəm. Ümumiyyətlə, elə bir xüsusiyyətim də yoxdur ki, kimdənsə nə isə umum, etməyəndə də inciyim. Bütün dost-tanışım, sənət yoldaşlarım, incəsənət adamları hamısı zəng edirlər”.
R.Balayev bildirib ki, ad günündə heç kəsdən hədiyyə gözləmir:
“Hədiyyə sevən deyiləm. Yubileylərdə verilən köynəklər, qalstuklar, ətirlər hələ də qalıb. Heç imkan olmayıb hamısını istifadə etməyə. İndi yavaş-yavaş işlədirəm onları. 70 illiyimdə çox dost-tanış gəlmişdi. Onda da kimin xurcunundan nə çıxdı gətirmişdi, sağ olsunlar. Aralarında hələ də istifadə etdiyim hədiyyələr var. Məni təbrik edən, xoş sözlərini çatdıran, yazan hər kəsə minnətdaram!”
25 Sentyabr 17:16
861
25 Sentyabr 12:00
1 484
24 Sentyabr 22:46
1 064