Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
28 Fevral 2020 16:06
10 822
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün irimiqyaslı sosial layihələrini, fiziki məhdudiyyətli istedadlı yaradıcı gənclərin teatra inteqrasiyasını uğurla davam etdirməkdədir. Bu mənada sağlamlıq imkanları məhdud yuxarı yaş qrupunda həvəskarların cəlb olunduğu “Oyun” adlı teatr və onun qısa zamanda əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır.
Əlilliyi olan çoxsaylı istedadlı vətəndaşlarımızın müraciətlərinə əsasən təşkil edilən teatrın ilk səhnə işi “Solğun sevgilər” adlanır. Ötən ilin sonlarında premyerası ilə gündəmə gələn və sənətsevərlərin marağına səbəb olan “Oyun”çular çoxsaylı müraciətləri nəzərə alaraq yenidən teatrsevərlərin qarşısına çıxacaqlar.
Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirilib ki, martın 1-də (saat 19.00) Dövlət Kukla Teatrının böyük zalında tamaşanın ikinci premyerası olacaq. Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanıb. Müəllifin “Solğun çiçəklər” dramına müraciət edən yaradıcı heyət klassik nümunəyə tam fərqli səhnə yozumu verib.
Pyesin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur. Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar.
Birhissəli səhnə nümunəsində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov ,Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd oynayırlar. Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur.
25 Sentyabr 17:16
924
25 Sentyabr 12:00
1 526
24 Sentyabr 22:46
1 113