Sədr müavini: Qazaxıstan Xəzərdə su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür
Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
28 Dekabr 2020 12:41
24 913
Beynəlxalq Muğam Mərkəzi şəhidlərə ithaf olunmuş "Xudayar təsnifi”nin yeni versiyasını təqdim edir.
Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrunda, Vətən Müharibəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış "Vətən yaxşıdır" təsnifini Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında yeni təqdimatda muğamsevərlərə təqdim edib.
Gənc xanəndələr Kamilə Nəbiyeva, Almaxanım Əhmədli və İlkin Əhmədovun Xudayarın ifası ilə virual duet şəklində oxunan təsnifə yeni sözlər də yazılaraq əlavə edilib. İfaçıları Rəşad İbrahimov(tar), Cehyun Muradov (kamança) və Amil Musatafayev (nağara) müşayiət edib.
Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlanıb. BMM-nin layihəsi üçün təsnifə əlavə mətni şair, professor Vüqar Əhməd yazıb.
Qeyd edək ki, təsnifin audiovizual variantı ilk dəfə Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində radiodalğalarda və sosial şəbəkələrdə səslənəcək.
Yeni ilin əvvəlində BMM TV studiyası təsnifin videoklipini də ictimaiyyətə təqdim edəcək.
BMM yeni layihəsini Xudayar Yusifzadənin timsalında doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinə həsr edir.
12:00
721
24 Sentyabr 22:46
763
24 Sentyabr 14:52
959