“Qeyri-neft sektorunun inkişafı əvvəlki illərlə müqayisədə artır” İqtisadiyyat

“Qeyri-neft sektorunun inkişafı əvvəlki illərlə müqayisədə artır”

"Sözügedən zavod məhsulların 70 faizini ixrac edəcək. Bu da 90-160 milyon dollarlıq intervalda gəlirin daxil olması deməkdir". Bu fikirləri qtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, istehsal edilən məhsulların bir qismi daxili bazar üçün nəzərdə tutulur ki, bu da 30 faiz tələbi ödəmək deməkdir: "Neftdən asıllıq mərhələ-mərhələ aradan qalxır. Strateji yol xəritəsinə uyğun olaraq 2020-ci ilə qədər Azərbaycanda neftdən asıllığın aradan qaldırılması üçün bazanın formalaşdırlması nəzərdə tutulmuşdur. Qeyd edə bilərəm ki, neft ixracatı azaldıqca neftdən asıllığı aradan qaldırmaq üçün bu addımların atılması vəziyyətdən çıxış yoludur. Qeyri-neft sektorunun inkişafı üçün də ilkin bünövrə formalaşdığından büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektoru mərhələli şəkildə xüsusi paya malikdir. ÜDM-də qeyri-neft sektorunun payı artıq 70 faizə çatır. Bu da dövlət rezervlərimizin qorunmasına və hətta artırılmasına şərait yaradır. Bu baxımdan mövcud siyasət, qeyri-neft sektorunun payının artması, ölkəyə daxil olan vəsaitlərin səmərəli istifadə olunması və fiskal konsolidasiya siyasətinin davam etdirilməsi 2019-cu il də dövlət rezervlərimizin strateji valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanmasına imkan verəcək. Yalnız Dövlət Neft Fondunun deyil, Mərkəzi Bankın da xarici valyuta ehtiyatlarında artım qeydə alınıb ki, bu da birbaşa bankın, xüsusən də de-dollarlaşma prosesi nəticəsində intervensiyasının aradan qaldırılması və hərraclar vasitəsilə xarici valyutaya olan tələbin ödənilməsinə nail olunması ilə bağlıdır. Həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın mövcud ehtiyatları, pul-kredit və fiskal siyasət birmənalı şəkildə proqnozlaşdırmağa əsas verir ki, bu il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən biri olacaq".