31 Oktyabr 17:08
31 Oktyabr 16:39
17:42
875
“Türkiyə Cənubi Qafqazda inklüziv platformalar vasitəsilə normallaşmaya töhfə verir”.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, regional oyunçular realist təşəbbüslər irəli sürdükdə etimad, legitimlik və davamlılıq yaradırlar.
“Türkiyə bu prinsipi qonşu bölgələrdə praktik olaraq tətbiq edir. Məsələn, Balkanda qonşular arasında barışığa və dialoqa üçtərəfli və çoxtərəfli mexanizmlər, eləcə də vasitəçilik səyləri vasitəsilə dəstək veririk” - Fidan qeyd edib.
Nazir əlavə edib ki, Cənubi Qafqazda Türkiyə inklüziv platformalar vasitəsilə normallaşma, əməkdaşlıq və regional inteqrasiyaya töhfə verir:
“Yaxın Şərqdə isə Ankara tərəfdaşları ilə birbaşa əməkdaşlıq edərək təhlükəsizlik və humanitar məsələləri həll etməyə çalışır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində isə biz ortaq tarix və coğrafiya ilə bağlı ölkələr arasında institusional əməkdaşlığı daha da dərinləşdiririk.