31 Oktyabr 17:08
31 Oktyabr 16:39
15:37
833
"Üsyançılar Əl-Faşir də soyqırım törədiblər, yüzlərlə dinc insan kütləvi şəkildə güllələnib, beynəlxalq ictimaiyyət hələ də buna göz yumur".
Xalqcebhesi.az xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Əltayeb Əlqaylani Mustafa Sudanın Əl-Faşir şəhərində baş verən soyqırımla bağlı mətbuat konfransında deyib.
O, qeyd edib ki, xaricdən silahla təmin edilən üsyançıların vəhlişiliyi, insanlıq və təhlükəsizlik baxımdan Sudanın sərhədlərini aşır. Humanitar yardımın çatdırılması çətinləşir: "Üsyançıların dinc sakinlərə zülmü tarixə yazılıb. BMT Əl-Faşir də törədilən qətliamlarla bağlı bəyanat verib. Sudanda iqtisadi və siyasi maraqları olan bəzi dövlətlərin üsyançılara dəstəyi Sudan təhlükəsizlik qüvvələri tərəfindən ifşa olunub. Xarici media üsyançıların xaricdən dəstək almaları barədə məlumat verib. Səudiyyə Ərəbistanın açdığı xəstəxanada 400 xəstənin öldürülməsi beynəlxaq hüququn pozulması deməkdir. Üsyançılara xaricdən dronlar, silahlarla dəstək olmasaydı şəhər şğal edilə bilməzdi. Əl-Faşir vəhşilikləri bizə Xocalı faciəsini xatırladır".
Cavid