"Sülhün əldə olunmasını istəyirik" Siyasət

"Sülhün əldə olunmasını istəyirik"

Sudan hökuməti mülki əhalini qorumaq üçün səfərbər olub, sülhün əldə olunması ilə bağlı BMT Baş katibinə Yol xəritəsi təqdim edilib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Əltayeb Əlqaylani mətbuat konfransında deyib.

O, qeyd edib ki, bu məsələdə Sudana dəstək olan regional və beynəlxalq təşkilatlara, bəzi qonşu dövlətlərə, Misir, Küveyt, İran, İƏT, Afrika İttifaqına və Türkiyəyə təşəkkür edirik:

"Sudan sülhün əldə olunmasını istəyir, lakin silahlı üsyançı dəstələr tərəfindən rədd cavabı almışıq.
Sudan bölgədəki insanları qida və dərmanla təmin edir. Üsyançıların işğal edilən yerlərdə insanlar acdır, yerli sakinləri hətta otdan belə məhrum ediblər. Hava vasitəsilə onlara yardım edirdik, amma üsyançılar təyyarələri də hədəfə alırdı.
BMT Baş katibinə təqdim edilən Yol xəritəsində münaqişənin necə həll olunduğu göstərilir. Üsyançılar sülh istəmir, xaricdən dəstək alırlar və getdikcə güclənir beynəlxalq təşkilatları onlara qarşı təzyiq göstərməyə çağırırıq. Bütün dövlətləri Sudana dəstəyə dəvət edirik. Üsyan ölkənin bir çox ərazisinə yayılıb. İstəyirik ki, ölkədə əmin-amanlıq yaransın, universitetlər, məktəblər açılsın, həyat davam etsin".

Xatırladaq ki, Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında üçüncü ildir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb və ölkənin əksər hissəsini aclıq həddinə çatdırıb.

Məlumata görə, 2024-cü ilin mayında Sudanın Əl-Faşir şəhərində mühasirə başlayandan bəri ölənlərin ümumi sayının 14 mindən çoxdur.

Hazırda Sudanda 18 yaşayış məntəqəsi silahlı üsyançılar tərəfindən dağıdılıb.

Cavid