08:04
840
Oktyabrın 31-də Taylandda baş tutan məşhur döyüş liqası "One Championship" (One Friday fight 131 ) çərçivəsində azərbaycanlı döyüşçü Mehrab Məmmədzadə 60 kq çəki dərəcəsində rinqə çıxıb.
Xalqcebhesi.az xəbər verir ki, döyüşə qədər rekordu 2-0 olan Mehrab, bu dəfə rekordu 6-0 olan türkmənistanlı rəqibi 27 yaşlı Şazada Atayevlə qarşılaşıb.
Gərgin keçən qarşılaşmanın üçüncü raundunun 4-cü dəqiqəsində, rəqib bütün göstəricilərdə üstün olsa da, idmançımız möhtəşəm dönüş edərək boğucu fəndlə Şazad Atayevi təslim edərək növbəti mərhələyə keçib.
Bu qələbə ilə döyüş rekordu 3-0 olan Mehrab Məmmədzadə turnirin növbəti mərhələsinə yüksəlib və o, gələcəkdə də beynəlxalq arenalarda çıxışlarını davam etdirəcək.
Cavid
13:41
518
11:51
714
1 Noyabr 15:03
1 806

