Xırdalanda 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb Hadisə

Xırdalanda 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb

Xırdalan şəhərində 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.

2010-cu il təvəllüdlü yeniyetmə ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.