Ukrayna dronları “Lukoil”un Xəzər dənizindəki neft platformasına zərbə endirib
Zelenski: Ukrayna müstəqil olmasa Moskva Polşanın ardınca gələcək
Azərbaycan və Oman diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
1 Noyabr 13:40
2 765
Azərbaycan və Sudan arasındakı münasibətlər uzun illərə söykənir. Bu il biz iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünü qeyd edirik.
Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığımızı davam etdiririk. Prezidentlərimiz arasında yaxşı qarşılıqlı anlayış və etimad mövcuddur.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Sudanın fövqəladə və səlahiyyətli səfiri Ənəs Əltayeb Əlqaylani Mustafa jurnalistlər üçün keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, hər iki tərəf əlaqələrin daha da genişləndirilməsində və möhkəmləndirilməsində maraqlıdır: “XİN-də, Təhsil Nazirliyində görüşlər keçirdik. Gələcək görüşlərdə siyasi əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq”.
Cavid