“Caspian Agro” sərgisi keçiriləcək İqtisadiyyat

“Caspian Agro” sərgisi keçiriləcək

13 May

Hər il olduğu kimi, bu il də mayın 15-17-də Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü “Caspian Agro” sərgisi keçiriləcək. Azərbaycanın aqrar sektorunun ən iddialı şirkətləri sırasına qısa müddət ərzində daxil olan “4S” şirkəti olaraq artıq ikinci dəfə bu sərgidə iştirak edəcəyik.“4S” şirkətinin direktoru Elxan Ələkbərov deyib: "Bu il biz rəsmi tərəfdaşımız olan Almaniyanın "CLAAS" şirkətinin əsas yeniliyi olan yüksək keyfiyyətli yem tədarükündə əvəzedilməz "JAGUAR" silosbiçən kombaynının imkanlarını nümayiş etdirmək üçün onu həm canlı olaraq göstərəcəyik, həm də kombaynı idarə etmək istəyənlərə 3D eynəkləri vasitəsilə xüsusi virtual tur imkanı yaradacağıq. Siz özünüzü kombaynın daxilində hiss edəcək, onun aqreqatları və mühüm funksiyalarına sözün hərfi mənasında "toxuna" biləcəksiniz. Əminəm ki, bu səyahət sizin üçün unudulmaz olacaq".

“Buna paralel "AQROSALON 2018" sərgisinin bürünc mükafatçısı olan texnikanın məsafədən diaqnostikasını həyata keçirən "CLAAS REMOTE SERVICE" (CRS) proqramını təqdim edəcəyik. Bu yenilik bu ildən başlayaraq "AXION" traktorunda, həm "JAGUAR" silosbiçən kombaynında, həm də digər texnikalarda tətbiq ediləcək. Bu proqramın üstünlüyü ondan ibarətdir ki, ekspluatasiya və diaqnostika ilə bağlı məlumatları servis mərkəzinə ötürərək yarana biləcək problemləri dəfələrlə tez həll etməyə imkan verir. Bu texnologiyanı biz "CLAAS" stendindəki "EASY" rəqəmsal həllər zonasında təqdim edəcəyik. Siz stendimizdə, eyni zamanda, həm GPS naviqasiya terminalları və "TELEMATICS" tətbiqi ilə tanış ola biləcəksiniz”, - deyə o bildirib.

“Daha bir diqqətçəkən məqam sərgidə yüksək keyfiyyətli yem tədarükü üçün texnikaların təqdimatı, “NEXOS” bağ və üzümçülük üçün nəzərdə tutulmuş traktoru, "ROLLANT UNIWRAP" press bağlayıcısı, geniş çaplı “DISCO 9200” və 3200 qoşmaları, "AXION 850" modelli traktorun istismarı incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya almaq imkanı olacaq”, - deyə E.Ələkbərov qeyd edib.

O vurğulayıb ki, “4S” şirkəti olaraq digər rəsmi tərəfdaşımız olan ABŞ-ın "LINDSAY" şirkətinin stendində müasir suvarma avadanlığı ilə bağlı innovativ həllər, məsafədən idarəetmə sistemlərini nümayiş etdiriləcək. Xüsusən ekspertlərdən "FieldNET" distant idarəetmə sistemi ilə bağlı ətraflı məlumat almaq mümkün olacaq ki, burada sektorunda ilk dəfə olaraq "LINDSAY" şirkəti öz dairəvi suvarma sistemlərini idarə edən naqilsiz şəbəkəsini təqdim edəcək. "FieldNET"in üstünlükləri bununla bitmir, daha detallı məlumat üçün stendimizi ziyarət etməyi tövsiyə edirəm.

LINDSAY şirkətinin daha bir məhsulu olan – "Pivot Control" innovativ kontrolleri mövcud olan istənilən elektrik pivot suvarma sistemini modernləşdirə və universallaşdıra biləcək unikal bir həlldir. Bu platformanın tətbiqi ilə idarə etmə rahatlaşır, effektivlik isə bir neçə dəfə artır.“Açıq pavilionda isə biz “4S” şirkəti olaraq əməkdaşlıq etdiyimiz digər brendlərdən İspaniyanın "ID-DAVID", Almaniyanın "AMAZONE" şirkətlərinə məxsus kənd təsərrüfatı avadanlıqları nümayiş etdirəcəyik. Sizi mayın 15-17-də Bakı Ekspo Mərkəzində bizim stendləri ziyarət etməyə dəvət edirik”, - deyə o bildirib.