Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
6 Sentyabr 2019 16:28
2 240
İqtisadiyyat naziri Şahin Mustafayev Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankovla görüşüb. Nzirlikdən “Xalq Cəbhəsi”nə verilən məlumata görə, Nazir Şahin Mustafayev Azərbaycan və Bolqarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığını vurğulayıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin inkişafında önəmini qeyd edib.
Bildirilib ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb. 2015-ci ildə imzalanmış Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın genişlənməsində xüsusi önəm kəsb edir.
Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir. Bolqarıstana Azərbaycan ixrac missiyası təşkil edilib.
İqtisadi əlaqələrin genişləndirilməsinə gəlincə, Şahin Mustafayev ölkələrimiz arasında enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit, əczaçılıq, ticarət, turizm, humanitar və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanları diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycandakı sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarları da yararlana bilərlər.
İqtisadiyyat naziri Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verib, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Bolqarıstanla bu sahədə əməkdaşlığı daha da inkişaf etdirə biləcəyini diqqətə çatdırıb. Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından birgə tədbirlərin əhəmiyyətini qeyd edib.
Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb. Səfir qeyd edib ki, Bolqarıstan iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə və birgə müəssisələrin açılmasında maraqlıdır.
Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
25 Oktyabr 17:37
1 876
25 Oktyabr 14:18
2 107
25 Oktyabr 14:17
1 932