29 Oktyabr 23:45
29 Oktyabr 23:30
15 Noyabr 2019 11:14
1 939
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Bolqarıstanın Milli Statistika İnstitutunda təşkil olunmuş təlim səfərində iştirak ediblər.
Komitədən bildirilib ki, təlim səfərinin məqsədi insan resurslarının idarə olunması sahəsində Bolqarıstan təcrübəsinin öyrənilməsi olub.
Təlim zamanı Bolqarıstan Milli Statistika İnstitutunda insan resurslarının idarə olunması, strategiya və icrası, işçi heyətin qiymətləndirilməsi proseduru, statistik təlim strategiyasına baxış, statistik təlim sistemi, dövlət orqanlarında statistik təlim ehtiyaclarının qiymətləndirilməsi proseduru, təşkilati strukturda insan resursları ilə bağlı struktur vahidinin mövqeyi və rolu, karyera inkişafı və təliminin inzibati alətləri, kadrların qiymətləndirilmə proseduru və təlim sistemi haqqında ətraflı məlumat verilib.
29 Oktyabr 23:11
952
29 Oktyabr 17:32
1 134
29 Oktyabr 17:18
1 295