Nazirlik: Genişzolaqlı internet şəbəkəsində yüklənmələr olsa da, bu, dayanmalara səbəb olmayıb İqtisadiyyat

Nazirlik: Genişzolaqlı internet şəbəkəsində yüklənmələr olsa da, bu, dayanmalara səbəb olmayıb

Karantin dövründə ölkənin daxili genişzolaqlı internet şəbəkəsində yüklənmələr müşahidə olunsa belə, bu hal dayanmalara səbəb olmayıb.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.
Onun sözlərinə görə, rəsmi olaraq bununla bağlı Nazirliyə kütləvi şəkildə vətəndaş müraciəti daxil olmayıb: “Təbii ki, əgər belə bir müraciətlər daxil olsa, biz onları araşdırılacağıq. Müşahidələr onu göstərir ki, şəbəkəyə qoşulmaqla bağlı problemlər yoxdur. Əlbəttə, karantin dövründə biz müşahidə etmişik və hər gün də müşahidə edirik ki, genişzolaqlı şəbəkədə əhəmiyyətli dərəcədə artım var. Bu, birmənalıdır. Şirkətlərin onlayn rejimdə fəaliyyət göstərməsini, dərslərin onlayn qaydada keçirilməsini və xüsusilə KİV-lər tərəfindən canlı yayımlar təşkil olunduğunu nəzərə alsaq, genişzolaqlı şəbəkədə əhəmiyyətli dərəcədə artımın olması normal haldır. Lakin mütəxəssislər fasiləsiz və sürətli internetə çıxışın təmin edilməsi üçün gündəlik profilaktik tədbirlər həyata keçirir”.