Azərbaycan və Rusiya neft-qaz maşınqayırması sahəsində əməkdaşlığı inkişaf etdirəcək İqtisadiyyat

Azərbaycan və Rusiya neft-qaz maşınqayırması sahəsində əməkdaşlığı inkişaf etdirəcək

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Rusiyanın Sənaye-Ticarət Nazirliyinin və qonşu ölkənin Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı" mövzusunda videokonfrans formatında görüş keçirilib.
Görüşdə AZPROMO-nun departament rəhbəri Zöhrab Qədirov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, icracın genişləndirilməsi istiqamətində həyata keçirdikləri tədbirlər barədə məlumat verib.
Videokonfransda Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən neft-qaz maşınqayırma sahəsinin inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırılıb, Rusiyanın iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edilib.
Sonra Rusiyanın “Texnoloji Təşəbbüslər İnstitutu”nun standartlaşdırma və sertifikatlaşdırma üzrə sənaye təşkilatının təqdimatı dinlənilib, iştirakçıların sualları cavablandırılıb.