Küveytdə elektrik enerjisi istehsalı və suyun şirinləşdirilməsi stansiyası zədələnib Dünya

Küveytdə elektrik enerjisi istehsalı və suyun şirinləşdirilməsi stansiyası zədələnib

Küveytdə elektrik enerjisi istehsalı və suyun şirinləşdirilməsi stansiyası İran tərəfindən həyata keçirilən hücum nəticəsində zədələnib, obyektdə yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə əmirliyin Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Mənbələri Nazirliyi məlumat yayıb.

"Küveyt Dövlətinin üzləşdiyi İran təcavüzü nəticəsində elektrik enerjisi istehsalı və suyun şirinləşdirilməsi stansiyalarından biri hücuma məruz qalıb. Bu, infrastrukturun zədələnməsinə, yanğının baş verməsinə və çox sayda enerji blokunun sıradan çıxmasına səbəb olub", — deyə nazirliyin bəyanatında bildirilir.

Qeyd olunduğu kimi, yanğınsöndürmə briqadaları yanğını operativ şəkildə nəzarətə götürərək söndürüblər. Hazırda texniki qruplar dəymiş ziyanı qiymətləndirir və zərər çəkmiş blokların tez bir zamanda istismara qaytarılması üzərində işləyirlər. Küveyt hakimiyyəti ölkə təbəələrini və sakinlərini elektrik enerjisinə maksimum qənaət etməyə çağırıb. Qurumdan vurğulanıb ki, bu tədbir təmir işlərinin aparıldığı dövrdə milli enerji sisteminin sabitliyini qorumaq üçün zəruridir.

Məryəm Quliyeva